Neymar üçün son mundial
DÇ-2022-nin final mərhələsi Braziliya millisinin futbolçusu Neymarın yığma karyerasında son turnir ola bilər. Bunu Fransa PSJ-sinin ulduz hücumçusunun özü açıqlayıb. O bildirib ki, Qətərdəki mundiala sonuncu kimi yanaşdığından çempionluğa köklənib:
“Düşünürəm ki, bu, mənim son dünya çempionatımdır. Ona görə belə düşünürəm ki, bundan sonra futbol oynamaq istəyimin qalıb-qalmayacağını bilmirəm. Bu üzdən də yaxşı nəticə üçün mümkün olan hər şeyi edəcəyəm ki, uşaqlığımın ən böyük arzusunu gerçəkləşdirim və qələbəni öz ölkəmə gətirim. Ümid edirəm ki, bunu həyata keçirə biləcəyəm”.
Xatırladaq ki, 29 yaşlı forvard Braziliya millisi ilə Olimpiya çempionu və Konfederasiyalar kubokunun qalibidir.