Neymar üçün problem

Neymar üçün problem

Neymar “Əl Hilal”ın baş məşqçisinin istefasını tələb edir. Karyerasını Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunda davam etdirən 31 yaşlı ulduz futbolçu baş məşqçi Jorje Jesusun işindən narazıdır. 

Hadisə Asiya Çempionlar Liqasının “Əl Hilal” – “Navbahor” matçından sonra baş verib. 1:1 hesablı bərabərliklə bitən bu qarşılaşmadan sonra 69 yaşlı portuqaliyalı soyunub-geyinmə otağında braziliyalını tənqid edib. Bu irad Neymarın xoşuna gəlməyib və o, baş məşqçinin işdən çıxarılması barədə rəhbərliyə müraciət edib.

Qeyd edək ki, Səudiyyə klubunun idarə heyəti Jorje ilə görüşüb və müqaviləyə xitam verilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

ETOPAZ

Əvvəlki yazı

Rodriqo PSJ-nin hədəfində

Növbəti yazı

Maunt meydanlara dönür