Neymar üçün ABŞ seçimi
Neymar karyerasını MLS-də davam etdirə bilər. “Əl Hilal”ın hücumçusu “Çikaqo Fayr” ilə danışıqlar aparır.
ABŞ klubu braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, Neymar dizindəki çarpaz bağlar yırtıldığı üçün 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər oynamayıb. Bu mövsüm o, yalnız “Əl Əyn” (5:4) və “İstiqlal”la (3:0) qarşılaşmalarda meydana çıxıb. İkinci matçın sonunda növbəti dəfə zədələnib.