Neymar üçün 200 milyon avro
PSJ-nin hücumçusu Neymar komandanı tərk etməyə yaxındır. O, “Əl Hilal”ın hədəfindədir.
Klub braziliyalının transferi üçün 200 milyon avro ödəməyə hazırdır. Bu məbləğə futbolçunun üç illik maaşı daxildir. PSJ Avropada rəqiblərini gücləndirmək istəmədiyi üçün Neymarı “Əl Hilal”a satmağa hazırdır.