Neymar sıradan çıxdı
Santos”un 33 yaşlı hücumçusu Neymarın səhhətində problemlər yaranıb. O, bu səbəbdən məşqə çıxmayıb və “San-Paulu” ilə sabah keçiriləcək oyunu buraxmaq riski var.
Neymar ciddi zədə alıb. “Santos” klubu futbolçunun durumu ilə bağlı bədbindir. Klub ümid edir ki, daha ətraflı müayinə 33 yaşlı futbolçunun zədəsinin ciddi olmadığını ortaya çıxaracaq.
Neymar 2025-ci ildə iki dəfə zədə alıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir. Transfermarkt portalında yer alan məlumata görə, onun bazar dəyəri 11 milyon avrodur.












