Neymar “Santos”u almaq niyyətindədir
Neymar futbol klubu sahibi olmaq istəyir. “Əl Hilal”ın hücumçusu “Santos”u almaq niyyətindədir.
Daha öncə futbolçunun 2025-ci ildə Braziliya təmsilçisinə qoşulacağı barədə məlumatlar yayılmışdı. Bununla belə, onun atası ilə birlikdə “Santos”u almaq imkanını nəzərdən keçirəcəyi bildirilir.
Qeyd edək ki, Neymar peşəkar futbolçu karyerasına başladığı Sao Paulo klubunun məzunudur.