Neymar PSJ-də qalacaq
PSJ-nin hücumçusu Neymar mövsümlərarası fasilədə Fransa klubunu tərk etməyəcək. Bunu Braziliya millisinin lideri özü açıqlayıb.
30 yaşlı forvard müqaviləsinə sadiq qalacağını söyləyib: “Hələ ki, heç kim mənə heç nə deməyib. Mən özüm də PSJ-də qalmaqdan başqa heç nə fikirləşmirəm”.
Bir müddət əvvəl fransızların sərfəli təklif alacağı təqdirdə, Neymarı satmağa razılıq verəcəyi bildirilirdi. Forvardın klubla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.