Neymar millidən kənarda

Neymar millidən kənarda

Neymar Braziliya millisinin heyətindən kənarlaşdırılıb. Bu barədə qərarı baş məşqçi Dorival Junior verib.

“Santos”un hücumçusu DÇ-2026-nın seçmə mərhələsinin qarşıdakı iki oyununda forma geyinməyəcək. Neymarla birlikdə Danilo və Ederson da heyətdən çıxarılıb.

Buna tibbi personalın rəyi səbəb olub. Müayinələrdən sonra bu üç oyunçunu Endrik, Lukas Perri və Aleks Sandronun əvəzləməsi qərara alınıb.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, beş gün sonra Argentina ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Mərdəkanda qollu bərabərlik

Növbəti yazı

ÇL-in ən çox qazananları