Neymar məşqləri bərpa etdi
“Əl Hilal”ın hücumçusu Neymarın durumuna aydınlıq gəlib. Belə ki, braziliyalı ulduz yaxın günlərdə meydanlara qayıda bilər.
Forvard artıq komanda ilə məşqlərə başlayıb. Oktyabrın 21-də keçiriləcək “Əl Ayn”la matçda Neymarın meydana çıxa biləcəyi gözlənilir.