Neymar koronavirusa tutuldu

Neymar koronavirusa tutuldu

Braziliya millisinin və “Santos”un futbolçusu Neymarın səhhətində koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumçunun özünü yaxşı hiss etməməsi səbəbindən cümə axşamı Santosun tibb şöbəsində müayinədən keçib. Neymar daha sonra laboratoriya testlərini verib. Bu zaman futbolçuda COVID-19 infeksiyası təsdiqlənib. Cümə axşamından etibarən braziliyalı forvard komandadan ayrılaraq evə buraxılıb. O, hazırda ev şəraitində həkimin təyin etdiyi qrafikə uyğun müalicə alır.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”dan yeni transfer

Növbəti yazı

Perişiç üçün “Barselona” variantı