Neymar İngiltərə yolunda
Neymar karyerasını İngiltərədə davam etdirməyi planlaşdırır. PSJ-nin 31 yaşlı forvardı yayda “Mançester Yunayted”ə keçmək niyyətindədir.
Braziliya millisinin kapitanının nümayəndələri yaxın vaxtlarda ingilislərlə danışığa başlayacaq. Paris təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi olan Neymarın gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi və fransızların yaxşı təklif qarşısında futbolçunu satacağı gözlənilir.