Neymar “Əl Hilal”ı tərk etdi

Neymar “Əl Hilal”ı tərk etdi

“Əl Hilal” Neymarla yollarını ayırıb. Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

2023-cü ilin avqustunda “Əl Hilal”a keçən Neymar zədə aldıqdan sonra təxminən bir il meydanlardan kənar qalıb. 32 yaşlı forvard Asiya təmsilçisində bütün turnirlərdə keçirdiyi 7 oyunda 1 qol vurub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisindən ayrılan Neymarın karyerasına başladığı “Santos”a qayıdacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“El Klassiko” İngiltərədə keçirilə bilər

Növbəti yazı

“Sevilya”da yeni transfer