Neymar 4-cü pilləyə yüksəldi

Neymar 4-cü pilləyə yüksəldi

Neymar PSJ tarixinin bombardirlər siyahısında irəliləyib. Braziliyalı hazırda ən çox qol vuran 4-cü futbolçudur.

Hücumçu Liqa 1-in 7-ci turunun “Brest”lə qarşılaşmasında (1:0) qələbə qoluna imza atıb. Bu, Neymarın PSJ-də vurduğu 110-cu qoldur. Forvard Pedra Pauletanı (109 qol) qabaqlayaraq klub tarixinin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

O, yalnız Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) geri qalır.

e-Topaz

Əvvəlki yazı

“Bolonya”da yeni baş məşqçi

Növbəti yazı

Buskets “Barselona”dan ayrılacaq