Neymar 3 il sonra bacardı

Neymar 3 il sonra bacardı

Neymar uzun müddətdən sonra het-trikə imza atıb. 33 yaşlı hücumçu A Seriyasının 37-ci turunda “Yuventude”ni məğlub etdikləri matçda (3:0) bütün qolların müəllifi olub.

Forvard sonuncu dəfə 2022-ci ilin aprelində, Fransa təmsilçisi PSJ-də çıxış edərkən “Klermon”la qarşılaşmada bunu bacarıb.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos” forması ilə 29 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Juninyolu “Flamenqo” çempion oldu

Növbəti yazı

“Arsenal”da növbəti itki