Neymar 200-cü qolunu vurdu
Liqa1-in 11-ci turunda PSJ “Marsel”lə qarşılaşıb. Görüş Neymar üçün əlamətdar olub.
O, prinsipial qarşılaşmada yubiley qoluna imza atıb. Matçda həlledici topun müəllifi olan Neymar karyerası ərzində ölkə çempionatlarındakı qollarının sayını 200-ə çatdırıb. 30 yaşlı braziliyalı buna 329 görüşdə nail olub. Neymar Liqa1-də 78 “Barselona” ilə İspaniya La Liqasında 68, “Santos”un heyətində isə Braziliya çempionatında 54 dəfə fərqlənib.