Nevill “Portlend”də
İngiltərə millisinin sabiq müdafiəçisi Fil Nevillin yeni işyeri bəlli olub. O, “Portlend”in baş məşqçisi təyin olunub.
Bunu MLS klubunun rəsmi saytı açıqlayıb. 46 yaşlı ingiltərəli daha öncə Kanada millisində baş məşqçinin köməkçisi olub. Bundan əlavə, o, “İnter Mayami”yə rəhbərlik edib və “Mançester Yunayted”lə “Valensiya”nın məşqçilər korpusunda yer alıb.