Neveş qərarını verdi
Ruben Neveş gələcək karyerası ilə bağlı qərar verib. Yarımmüdafiəçi “Vulverhempton”dan getmək niyyətindədir.
26 yaşlı futbolçunun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Neveş “Liverpul”la “Mançester Yunayted”in maraq dairəsindədir.
Qeyd edək ki, Ruben cari mövsümün 33 oyununda 5 qola imza atıb.