Neveş “Barselona”nın hədəfində
“Barselona” yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır. Klub “Vulverhempton”un futbolçusu Ruben Neveşi transfer etməyi düşünür.
Lakin kataloniyalıların baş məşqçisi Xavi Neveşi almağa razılıq verməyib. O, orta xətt oyunçusunun onun oyun konsepsiyasına uyğun gəlmədiyinə inanır. Bununla belə, klub rəhbərliyi Portuqaliya millisinin 25 yaşlı yarımmüdafiəçisini almaq niyyətindədir.