Nesta “Montsa”da

Nesta “Montsa”da

“Montsa”nın baş məşqçi vəzifəsində növbəti dəyişiklik reallaşıb. Alessandro Nesta yenidən komandaya başçılıq edəcək.

Ötən il dekabrın 23-də istefaya göndərilən Nestaya yenidən müraciət olub. O, 7 oyunda “Montsa”nı meydana çıxaran Salvatore Bokkettini əvəzləyib. 38 yaşlı Bokkettinin rəhbərliyi ilə komanda cəmi 1 qələbə qazanıb, 6 oyunda uduzub.

Qeyd edək ki, “Montsa” mövsümə Nestanın başçılığı ilə start verib. Komanda 23 matçdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”dən son dəqiqə qələbəsi

Növbəti yazı

“Feyenoord”da ayrılıq