“Neftçi”nin üzvü ayın oyunçusu seçildi

“Neftçi”nin üzvü ayın oyunçusu seçildi

“Neftçi”nin oyunçusu Devonte Qrin FIBA Avropa Kuboku turnirində oktyabr ayının ən yaxşı basketbolçusu seçilib. 28 yaşlı basketbolçu ay ərzində hər oyunda orta hesabla 21,0 xal, 7,7 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Neftçi” FIBA Avropa Kubokunun I qrupunda mübarizə aparır. Komanda qrupda keçirdiyi matçlarda Polşanın “Kalev” kollektivini (95:84) və digər Azərbaycan təmsilçisi “Abşeron Lions”u (104:86) məğlub edib, Polşanın”Trefl” klubuna (63:92) isə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan derbisinə doğru: Avtoqollar

Növbəti yazı

“Qarabağ” “Çelsi” ilə bacarmadı