“Neftçi”nin şikayəti təmin edilmədi

“Neftçi”nin şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin apellyasiya şikayətini təmin etməyib. AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə qalıb.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu İqor Ribeyro “Turan Tovuz”a uduzduqları Azərbaycan Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, “ağ-qaralar”a isə 3000 manat cərimə tətbiq edilib.

ETOPAZ

Əvvəlki yazı

Təmsilçilərimizdən ÇL-ə uğurlu start

Növbəti yazı

Olmo “Nyukasl”ın hədəfində