“Neftçi”nin rəqibləri bəlli oldu

“Neftçi”nin rəqibləri bəlli oldu

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib. “Ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel” (Təl-Əviv), ayın 22-də Polşanın “Termalitsa” klubu ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

Qeyd edək ki, “Binkovski Hotel”də məskunlaşacaq komandanın digər yoxlama görüşləri iyulun 27-də “Asteras” (Yunanıstan), avqustun 1-də AEL (Kipr) klubuna qarşı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan yeni transfer

Növbəti yazı

Günün kuponu – 15.07.2025