“Neftçi”nin rəqibi müəyyənləşdi
Konfrans Liqasında yoluna davam edən yeganə təmsilçimiz “Neftçi”nin III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. “Ağ-qaralar” bu raundda “Rapid”lə qarşılaşacaq.
Avstriya klubu “Lexiya”nı mübarizədən kənarlaşdırıb. Vyanalılar Qdansk təmsilçisini 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk matçları avqustun 4-də, cavab matçları isə ayın 11-də keçiriləcək. “Ağ-qaralar” ilk görüşünə Bakıda çıxacaq.