“Neftçi”nin qapıçısı “Qəbələ”də

“Neftçi”nin qapıçısı “Qəbələ”də

“Neftçi” qapıçısı Rza Cəfərovu “Qəbələ” komandasına icarəyə verib. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Bakı klubu “əlcək sahibi”nin müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.

Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək “Qəbələ”də çıxış edəcək.

Qeyd edək ki, 2022/2023 mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”də ayrılıq

Növbəti yazı

”Turan Tovuz”da ayrılıq