“Neftçi”nin potensial rəqibləri müəyyənləşdi

“Neftçi”nin potensial rəqibləri müəyyənləşdi

“Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsi üçün potensial rəqibləri müəyyənləşib. Püşkatmadan əvvəl UEFA “ağ-qaralar”ın mümkün rəqiblərinin sayını azaldıb.

Laurentsiu Reghemapfın yetirmələri III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) klubunu üstələyəcəyi təqdirdə 3 cütlükdən birinin qalibi ilə və ya Fransa təmsilçisi “Nitsa” ilə qarşılaşacaq. “Neftçi”nin cütü püşkatma zamanı səpələnmişlərdə olacaq.

Potensial rəqiblər:
“Nitsa” (Fransa)
“Hayduk” (Split, Xorvatiya) – “Gimaraeş” (Portuqaliya) cütünün qalibi
“Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi
“Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Qeyd edək ki, sabah keçiriləcək pley-off mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bu mərhələnin matçları avqustun 18-də və 25-də olacaq.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 02.08.2022

Növbəti yazı

Dest ”Barselona”dan gedə bilər