”Neftçi”nin oyununun yeri dəyişdirildi

”Neftçi”nin oyununun yeri dəyişdirildi

“Neftçi”nin iki oyununun yeri dəyişdirilib. Bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Qurum “Neftçi Arena” stadionunun ot örtüyünün yararsız hala düşməsini, idman qurğusunda aparılan bərpa işlərini, “Neftçi”nin rəsmi müraciətini, “Şamaxı”nın razılığını nəzərə alaraq belə addım atıb. Azərbaycan Premyer Liqasının III və V turları ilə bağlı dəyişikliklər edilib.

III turun “Neftçi” – “Sabah” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq. Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik edilməyib.

V turun “Neftçi” – “Şamaxı” matçı ilə XIII“Şamaxı” – “Neftçi” oyununun yeri dəyişdirilib. Bu, klubların əvəzedici heyətlərinin oyununa şamil edilməyib..

Qeyd edək ki, “Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri VII turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Prezident İlham Əliyev Paris-2024-də medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib

Növbəti yazı

Elvin Yunuszadə ”Qəbələ”də