“Neftçi”nin oyunu təxirə salındı

“Neftçi”nin oyunu təxirə salındı

Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan “Neftçi” – “Gəncə” oyunu təxirə salınıb. Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.

III turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın “Kalev” klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Yamala fantastik təklif

Növbəti yazı

Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat aldı