”Neftçi”nin futbolçusu milliyə çağırıldı
“Neftçi”nin futbolçusu Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub. Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
23 yaşlı yarımmüdafiəçinin yer aldığı Afrika təmsilçisi martda iki matç keçirəcək. Syerra Leone millisi martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşünə çıxacaq.