“Neftçi”nin futbolçusu “Kəpəz”də

“Neftçi”nin futbolçusu “Kəpəz”də

“Kəpəz” transfer çalışmaları çərçivəsində daha bir futbolçunu heyətinə cəlb edib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori Gəncə təmsilçisinə keçib.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında “Kəpəz”in formasını geyinəcək.

Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.

Qeyd edək ki, “ağ-qaralar” bir müddət öncə futbolçunu əvəzedici komandaya göndərmişdi.

ETOPAZ

Əvvəlki yazı

Çempionlar Liqasının TƏQVİMİ  

Növbəti yazı

Nkunku rəsmən “Milan”da