“Neftçi”nin baş məşqçisi müəyyənləşdi
“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bakı təmsilçisini Larentsiu Reqekampf çalışdıracaq. Rumıniyalı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb. O, bu postda Samir Abasovu əvəzləyib.
Reqekampf məşqçilik karyerasına ölkəsinin “Snaqov” klubunda başlayıb. O, müxtəlif dövrlərdə “Universitatiya” (Krayova), “Qloriya”, “Konkordiya”, “Styaua”, “Əl-Hilal”, “Liteks”, “Əl Vəhdə”, “Əl-Vəsl” və “Əl Əhli” klublarını çalışdırıb. 47 yaşlı mütəxəssis iki dəfə Rumıniya çempionu olub. O, vətənində superkubok və liqa kuboku, BƏƏ-də isə iki dəfə superkubok, bir dəfə liqa kubokunu qazanıb. “Əl-Hilal” onun rəhbərliyi altında Asiya Çempionlar Liqasında finala yüksəlməyi bacarıb.