“Neftçi”dən yeni transfer

“Neftçi”dən yeni transfer

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. “Ağ-qaralar” Bassala Sambunu transfer edib. 

Bunu klubun mətbuat xidməti açıqlayıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.

Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 09.02.2025

Növbəti yazı

“Ordu”dan çətin, “Gəncə”dən inamlı qələbə