“Neftçi”dən son dəqiqə qələbəsi

“Neftçi”dən son dəqiqə qələbəsi

Azərbaycan Premyer Liqasında XXII tur davam edir. Bu gün daha bir matç keçirilib.

”Zirə” “Neftçi”ni qəbul edib. Görüş olduqca dramatik alınıb. Oyunun sonlarında Emin Mahmudov hesabı açıb. Çox keçmədən “Zirə” bərabərlik topunu vurmağı bacarıb. Ruan Renato fərqlənib. Lakin “ağ-qaralar” qələbə qazanmağa nail olub. Ervin Koffi komandasına 3 xal qazandırıb – 2:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.02.2025

Növbəti yazı

Nesta “Montsa”da