“Neftçi”dən səfər qələbəsi
Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma baş tutub.
“Turan Tovuz” ”Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısında hesab açılmayıb. İkinci hissədə isə 1 qol vurulub. Emin Mahmudov penaltini dəqiq yerinə yetirərək ”ağ-qaralar”a qələbə qazandırıb – 1:0.