“Neftçi”dən səfər qələbəsi

“Neftçi”dən səfər qələbəsi

Azərbaycan Premyer Liqasında VIII tur davam edir. İkinci oyun gününə Tovuzda start verilib.

“Turan Tovuz” öz meydanında “Neftçi” ilə görüşüb. Matçın taleyini oyunun sonlarında vurulan bir qol həll edib.

Emin Mahmudovun künc zərbəsindən ötürməsi Aaron Olanarenin fərqlənməsi ilə yekunlaşıb. O, baş zərbəsi ilə komandasına üç xal qazandırıb – 1:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Jaber Çində titul qazandı

Növbəti yazı

Salahın qazancı açıqlandı