“Neftçi”dən qollu heç-heçə

“Neftçi”dən qollu heç-heçə

Təlim-məşq toplanışını Polşada davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxıb. “Ağ-qaralar” yerli “Termalika” ilə qarşılaşıb.

Oyunda hesabı “Neftçi”nin yeni venesuelalı transferi Freddi Varqas açıb. Samir Abasovun komandası daha son məğlub duruma düşsə də, digər yeni legioner – Seneqal əsilli ingiltərəli hücumçu status-kvonu bərpa edib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

Yoxlama oyunu
22 iyul
13:30. “Neftçi” – “Termalika” (Polşa) – 2:2
Qollar: 
Freddi Varqas, 10, Bassala Sambu, 78
“Sportovi novini” stadionu

Qeyd edək ki, Polşada ilk yoxlama matçında “Hapoel”lə (Təl-Əviv, İsrail) 1:1 hesablı heç-heçə oynayan “Neftçi” iyulun 27-də Yunanıstan “Asteras”ı və avqustun 1-də Kipr AEL-i ilə də qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

Saul “Flamenqo” yolunda