“Neftçi”dən qollu heç-heçə
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. Bakı təmsilçisi Misirin “Piramids” klubu ilə qarşılaşıb.
Gərgin keçən oyunun ilk hissəsi Misir təmsilçisinin minimalhesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını gücləndirən “ağ-qaralar” 87-ci dəqiqədə Murad Məmmədovun vurduğu qolla hesabı bərabərləşdiriblər.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, ilk yoxlama matçında Qazaxıstanın “Kayrat” klubunu 3:0 hesabı ilə məğlub edən “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyunda Çinin “Çenqdu Ronqçenq” komandası ilə üz-üzə gələcək.












