“Neftçi”dən qələbə, Zirədə 4 qol
Azərbaycan Premyer Liqasında daha 2 oyun keçirilib. XXI turun ikinci gününün matçları Bakıda baş tutub.
Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Zirə” və “Qəbələ” üz-üzə gəlib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2. Meydan sahiblərində Dmitrios Çantaklias və Loris Broqno, qonaqlardan Rafael Utziqlə Felipe Santos qol sevinci yaşayıb.
“Neftçi” “Sumqayıt”la ev görüşündə quru hesabla qalib gəlib. Bakılıların qollarına Solomon Kverkveliya və Mateus Saldanya imza atıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 21 | 18 | 3 | 0 | 55-12 | 57 |
2 | Sabah | 20 | 15 | 4 | 1 | 45-13 | 49 |
3 | Neftçi | 21 | 14 | 2 | 5 | 38-21 | 44 |
4 | Zirə | 21 | 9 | 5 | 7 | 25-28 | 32 |
5 | Qəbələ | 21 | 7 | 6 | 8 | 24-25 | 27 |
6 | Turan Tovuz | 20 | 4 | 5 | 11 | 14-27 | 17 |
7 | Şamaxı | 20 | 3 | 7 | 10 | 17-32 | 16 |
8 | Sumqayıt | 21 | 3 | 6 | 12 | 13-36 | 15 |
9 | Kəpəz | 21 | 2 | 8 | 11 | 19-39 | 14 |
10 | Səbail | 20 | 3 | 4 | 13 | 15-32 | 13 |
Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) – 15 qol, Coy Lens Mikels (“Sabah”) – 11 qol, Emin Mahmudov (“Neftçi”) – 10 qol