“Neftçi”dən önəmli qalibiyyət
Azərbaycan Premyer Liqasında XXI tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Neftçi” “Şamaxı”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunun taleyini bir qol həll edib. “Ağ-qaralar” Emin Mahmudovun topu ilə qələbə qazanıblar. O, penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.