“Neftçi”dən növbəti xal itkisi

“Neftçi”dən növbəti xal itkisi

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub. Turun son matçı paytaxtda baş tutub.

“Neftçi” “Sumqayıt”ı qəbul edib. Görüş “ağ-qaralar”ın hücumları ilə başlayıb. Hesabı İmad Faraj açıb.

İkinci hissənin startında Bassala Sambu fərqi 2-yə çatdırıb. Qonaqların buna cavabı Nsane Simonla gəlib. Matçın sonlarında Səbuhi Abdullazadə komandasına 1 xal qazandıran topu vurub – 2:2.

ETOPAZ

Əvvəlki yazı

Noyerin durumuna aydınlıq gəldi

Növbəti yazı

“Milan”da yeni müqavilə