“Neftçi”dən növbəti transfer
“Neftçi” ukraynalı hücumçu Andrey Ştoqrini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Neftçi”də 88 nömrəli formanı geyinəcək. Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”də çıxış edib.
Qeyd edək ki, Andrey 2023/24 mövsümündə Odessa təmsilçisinin heyətində 34 oyunda 12 qol vurub.