“Neftçi”dən kritik qələbə
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Bu gün bir matç keçirilib.
“Neftçi” “Sumqayıt”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk yarıda hesab açılmayıb.
Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə Filip Ozobiç penaltini dəqiq yerinə yetirib. Bununla da, “ağ-qaralar” qələbə qazanıb – 1:0.
Qeyd edək ki, tura fevralın 23-də yekun vurulacaq.