“Neftçi”dən inamlı qalibiyyət
Azərbaycan Basketbol Liqasında (ABL) V turun daha bir oyunu reallaşıb. A qrupunda “Neftçi” və NTD qarşılaşıblar.
Bakı İdman Sarayında təşkil olunan matç “Neftçi”nin qələbəsi ilə bitib – 99:71.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Ordu” “Lənkəran”ı (91:76), “Sumqayıt” “Sərhədçi”ni (84:80), “Şəki” “Gəncə”ni (84:70), “Naxçıvan” isə “Quba”nı (86:78) üstələyib.












