“Neftçi”dən inamlı qələbə
Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Son oyun gününə Mərdəkanda start verilib.
“Araz-Naxçıvan” “Neftçi”ni qəbul edib. Görüşə qonaqlar fəal başlayıb. İqor Ribeyro erkən qol vurub. İlk hissənin sonlarında Bassala Sambu fərqlənib.
İkinci hissədə də eyni ssenari yaşanıb. Öncə Alessio Kurçi adını tabloya yazdırıb. Daha sonra Vensan Abubakar matçda yekun nəticəni müəyyənləşdirib – 4:0.
Qeyd edək ki, tura “Qarabağ” – “Turan Tovuz” matçı ilə yekun vurulacaq.












