“Neftçi”dən heç-heçə

“Neftçi”dən heç-heçə

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. “Neftçi” Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olub.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesab 14-cü dəqiqədə açılıb. Cenan Haraçiç meydan sahiblərini sevindirib. “Neftçi”nin buna cavabı 44-cü dəqiqədə gəlib. Kilan Lebon cavab topumuzun müəllifi olub. İlk hissəyə artırılan son dəqiqədə Cozef Amoa “Jelezniçar”ı önə keçirib. İkinci hissə isə tamamilə “ağ-qaralar”ın üstünlüyü ilə keçib. Təmsilçilərimiz bütün 45 dəqiqəboyu topa sahib olan tərəf olub. Komandamızın cavab qolu 90+4-cü dəqiqədə vurulub. Rəhman Hacıyev yekun nəticəni müəyyənləşdirib – 2:2.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ” Kiprə məğlub yollanır

Növbəti yazı

Azərbaycan 29-cu pillədə