“Neftçi”dən çətin səfər qələbəsi
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Son matçda “Neftçi” “Sumqayıt”ın qonağı olub.
Görüş “ağ-qaralar”ın üstünlüyü ilə başlayıb. Paytaxt təmsilçisi ilk hissədə 3 qol vurub. Hesabı Yeqor Boqomolski açıbsa, Emin Mahmudov dubl müəllif olub. Meydan sahibləri isə ikinci hissədə özünə gəlib. Elvin Bədəlov fərqi 2 topa endirib. Oyunda son nöqtəni isə Kasmir Ninqa qoyub – 2:3.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 9-da baş tutacaq.