“Neftçi”dən böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XXXV turun ikinci günü start götürüb. “Neftçi” Bakı derbisində “Səbail”i qəbul edib.
“Ağ-qaralar” autsayderlə görüşün taleyini matçın ilk yarısında həll edib. Dembo Darbo və Ağadadaş Salyanskiy komandalarını hesabda önə çıxarıblar. Qarşılaşmanın sonlarında isə Aleks Fernandes “Neftçi”nin böyükhesablı qələbəsini rəsmiləşdirib – 3:0.
35 oyundan sonra “ağ-qaralar” 43 xalla 6-cı yerdə qərarlaşıb. 22 xala malik autsayder 10-cu sıradadır.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” oyunu ilə yekun vurulacaq.