“Neftçi”dən 6 cavabsız qol

“Neftçi”dən 6 cavabsız qol

Azərbaycan kubokunun 1/8 final mərhələsi davam edir. 1/4 finala 6-cı vəsiqə “Neftçi” “Difai” oyununda sahibini tapıb.

Premyer Liqa təmsilçisi ev matçında böyük hesabla qalib gəlib. 6:0 hesabı ilə qalib gələn paytaxt klubunun heyətində Yeqor Boqomolski iki, Murad Məmmədov, Ağadadaş Salyanskiy, Yuri Matias və Andrey Ştoqrin hərəyə bir qol vurublar.

Qeyd edək ki, “Neftçi” 2025-ci ilin fevralında keçiriləcək 1/4 finalda “Kəpəz”lə üz-üzə gələcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.12.2024

Növbəti yazı

”Sumqayıt” 1/4 finalda