“Bakcell Arena”da bərabərlik
Azərbaycan Premyer Liqasında 27-ci turun matçları keçirilir. İkinci oyun gününə yekun vurulub.
“Neftçi” “Kəpəz”i qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesab 2-ci hissədə açılıb. Yusif Nəbiyev gəncəliləri önə çıxarıb. Çox keçmədən “ağ-qaralar” bərabərlik topunu vurub. Emin Mahmudov fərqlənib. Bir qədər sonra Eddi İsrafilov bakılıların ikinci qolunun müəllifi olub. Lakin qonaqlar 2 dəqiqə sonra Salif Sisse ilə hesabı bərabərləşdirib – 2:2.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.