“Neftçi”dən əzmkar qələbə
Azərbaycan Premyer Liqasında XVI tur davam edir. İkinci oyun gününə Yevlaxda start verilib.
“Karvan-Yevlax” “Neftçi”ni qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Komanda qol vursa da, VAR topu qeydə almayıb. Lakin ilk hissənin sonlarında Araz Abdullayev penaltidən hesabı açıb.
İkinci yarıda ssenari dəyişib. Bassala Sambu qonaqların bərabərlik topunu vurub. Matçın sonlarında isə Emin Mahmudov 11 metrlik cərimə zərbəsindən dəqiq olub – 2:1.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.










