“Neftçi”də yubiley

“Neftçi”də yubiley

“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib. Azərbaycan Premyer Liqasının I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub. 

O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.

ETOPAZ

Əvvəlki yazı

“Bornmut”dan “Brentford”a

Növbəti yazı

Azərbaycanda 63, Yevlax və İmişlidə 3